Fransa çempionatında 6-cı tur başa çatıb. Lider “Renn” xal itkis ilə üzləşib. Bundan yararlanan “Lill” zirvəyə şərik olub. Günün ən prinsipial matçı isə Lionda olub.
“Lion” futbolçuları doğma meydanda Marsel təmsilçilərini qəbul ediblər. Prinsipial rəqiblərin qarşılaşmasında hesabı qonaqlar açıblar. 16-cı dəqiqədə Dmitri Paye qapını dəqiq nişan alıb. Amma onun sevinci çox çəkməyib. Az sonra kobud oynayan Dmitri Paye qırmızı vərəqə ilə cəzalandırılıb. Say üstünlüyü əldə edən meydan sahibləri 28-ci dəqiqədə tarazlığı bərpa ediblər. Ussem Auar penaltidən yararlanıb - 1:1. Qalan vaxt ərzində matçda başqa qol olmayıb.
Lider “Renn” “Reyms”in müqavimətini qıra bilməyib. 11-ci dəqiqədə qonaqların heyətində Yunis Əbdülhəmid fərqlənib. Amma fasiləyə kimi meydan sahibləri hesabı öz xeyirlərinə dəyişə biliblər. Əvvəlcə Rafael Dias tarazlığı bərpa edib. Az sonra Damien Da Silva hədəfdən yayınmayıb. Fasilədən sonra Bulae Dia komandasını məğlubiyyətdən xilas edib – “Renn” – “Reyms” 2:2.
Liderin xal itkisindən “Lill” maksimum yararlanıb. Komanda Strasburqda eyni adli kluba 3 cavabsız qolla qalib gəlib. Zəki Çelikin hesabı açdığı qarşılaşmada digər qolları Renato Sançes və Burak Yılmaz vurub. 6 turdan sobnra Renn və lill 14 xalla turnir cədvəlinə başçılıq edir. “Lans” 13 xalla 3-cü, hazırki çempion PSJ isə 4-cüdür.